Karlos Fuentesin “Seçilmiş əsərləri” ədəbi ictimaiyyətə təqdim olundu

Karlos Fuentesin “Seçilmiş əsərləri” ədəbi ictimaiyyətə təqdim olundu

    Görkəmli Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabının (ADTM) təqdimat mərasimi keçirilib.

   Azərbaycan Milli Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores açaraq Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı diqqətdən, bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

  Səfir:Latın Amerikası ədəbiyyatının tanıdılması istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi dəyərli nəşrlər sırasında Xuan Rulfo, Karlos Fuentes kimi məşhur Meksika yazarlarının əsərləri də mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılıb. Bu nəşrlərin hər biri, istər Azərbaycan, istərsə də Meksika ədəbi mühiti üçün əlamətdar hadisədir. Heç kimə sirr deyil ki, hər bir xalq, onun mənəvi dünyası, ədəbi fikri, fəlsəfəsi haqqında ən geniş təəssüratı məhz onun ədəbiyyatı yaradır. Xalqlar arasında yaxınlıq, qarşılıqlı anlaşma da, məhz bu körpü vasitəsilə – mədəniyyətlər və ədəbiyyatlararası mübadilələr sayəsində qurulur. Və bu gün ölkələri, qitələri bir-birindən uzaq salan məsafə anlayışını dəf etmək, xalqları bir-birinə qovuşdurmaq kimi mühüm bir missiyanın daşıyıcısı məhz ədəbiyyatdır”.

    Daha sonra Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəhbəri, yazıçı Etimad Başkeçid,  ədəbiyyatşünas alim, professor Rüstəm Kamal,  kitabın tərcümə müəllifi, tanınmış yazıçı Saday Budaqlı, yazıçı Yaşar Əliyev və digərləri çıxış edərək Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, bu ölkələrin aparıcı yazıçı və şairlərinin əsərlərinin tərcüməsini və nəşrini həyata keçirməklə ümumi ədəbi prosesə verdiyi töhfələrdən, Meksika reallığını mifoloji infrastruktur və arxetip sistemlər əsasında yaradan Karlos Fuentesin əsərlərinin müasir dünya və Azərbaycan nəsrinə təsirindən bəhs ediblər.

 

Qalereya

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.