“Dünya yuxutək əriyir...” Londonda “İlin ən yaxşı tərcüməsi” mükafatına layiq görüldü

Böyük Britaniyanın “British Library” kitabxanasında “Hertfordshire Press” nəşriyyatı tərəfindən təsis edilmiş “Translator of the Year” (“İlin ən yaxşı tərcüməsi”) ədəbi mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə İngiltərənin tanınmış söz və sənət adamları, bir sıra xarici ölkələrin İngiltərədə akkreditə edilmiş səfirliklərinin nümayəndələri iştirak edib.
Tədbirin açılışında Kral İncəsənət Cəmiyyətinin üzvü Devid Perri, “Eurasian Creative Guld”in vitse-prezidenti Marat Axmedcanov və başqaları çıxış edərək, mükafatın məram və məqsədi barədə fikir bildiriblər. Sonra mükafatlar qaliblərə təqdim olunub.
Tanınmış ingilis tərcüməçisi Kerolayn Uolton istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” şeirlər kitabının ingilis dilinə tərcüməsinə görə “İlin ən yaxşı tərcüməsi” nominasiyasının qalibi adını qazanıb.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə ərsəyə gətirilən kitabın ingilis dilinə tərcüməsi prosesində Kerolayn Uoltonla yanaşı, tanınmış ingilis şairi Anna Mariya Cekson da iştirak edib.
Çıxışlarda, qeyd olunan nəşrin Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin dünyada təbliği, müasir Azərbaycan poeziyasının təhlili və öyrənilməsi, gənc və istedadlı Azərbaycan şairinin yaradıcılığına olan diqqət və marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”