Almaniyalı alim Tərcümə Mərkəzində

Oktyabrın 5-də Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin Azərbaycan dilinə tərcümə və nəşr etdiyi Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər bu kimi tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb. Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və xanım Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş