Misir Milli Tərcümə Mərkəzinin direktoru Azərbaycan Tərcümə Mərkəzində
Mayın 5-də Misir Milli Tərcümə Mərkəzinin direktoru cənab Ənvər Moğis ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Tərcümə Mərkəzinin ərəb ədəbiyyatına diqqətindən, bu qurum tərəfindən müxtəlif dövrlərdə məşhur ərəb yazıçıları Nəcib Məhfuz, Mahmud Teymur, İhsan Abdul Quddusun əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Misir ədəbiyyatları arasında ədəbi əlaqələrin qurulması üzrə hər iki Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən layihələr, həmçinin bu ilin mart ayında Qahirədə işıq üzü görmüş irihəcmli “Müasir Azərbaycan hekayəsi” kitabının, eləcə də ayrı-ayrı yazıçıların kitablarının digər ərəb ölkələrində nəşri və təqdimatı məsələlələri müzakirə olunub.
Ənvər Moğis: “Bu gün Azərbaycanın dünyaya, dini dözümlüyün, xalqlararası qarşılıqlı anlaşmanın bünövrəsini qoyan aparıcı ölkə kimi bir model olaraq təqdim edilməsinin bir əsaslı istiqaməti də Azərbaycan ədəbiyyatının dünyaya tanıdılmasıdır. Bir xalq haqqında, onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün, əlbəttə ki, ilk növbətə onun ədəbiyyatına müraciət olunur. Bu mənada Mərkəzinizin gördüyü işlər təqdirəlayiqdir”.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan, ərəb dilində “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı” və İslam Həmrəyliyi ili münasibətilə tərtib edilmiş “Azərbaycan-ərəb dili danışıq kitabçası” təqdim edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...