İspaniya Krallığının müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində
İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Jose Luis Diez Juarez Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qurumun, dünya ədəbiyyatı incilərinin tərcüməsi və Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan, həmçinin Azərbaycanda ispan ədəbiyyatına olan böyük maraqdan danışıb: “Azərbaycan oxucusunda ispan ədəbiyyatına olan sevgini böyük ispan ədibləri – Migel de Servantes, Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendosa kimi qələm sahibləri oyadıb. Düşünürəm, Migel Delibesin ilk dəfə nəşr olunmuş bu irihəcmli “Seçilmiş əsərləri” də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq”.
Cənab Jose Luis Diez Juarez öz növbəsində, görüşün təşkilinə, həmçinin ispan ədəbiyyatının Azərbaycanda tanıdılmasına görə qurumun rəhbərinə öz minnətdarlığını bildirib. Müvəkkil Tərcümə Mərkəzinin Azərbaycan dili kurslarının iştirakçısı olduğunu məmnunluqla vurğulayaraq, qurumun ədəbiyyat və bədii tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirib və ispan ədəbiyyatına olan xoş münasibətdən qürur duyduğunu bildirib. Səfirliyin bu günədək mədəniyyət sahəsində fəaliyyətinin, əsasən ispan dilində lüğətlərin tərtibinə yönəldiyini bildirən cənab Jose Luis Diez Azərbaycan-İspaniya əlaqələrinin möhkəmlənməsində tərcümənin əsaslı rolunu xüsusi qeyd edib. Xalqlararası anlaşmada ədəbiyyatın əhəmiyyətini vurğulayan müvəkkil yaxın gələcəkdə ispan şairlərinin əsərlərindən ibarət toplunun Azərbaycan dilinə tərcümə və nəşr edilməsi, habelə Azərbaycan ədəbiyyatının İspaniyada tanıdılması ilə bağlı təkliflərini irəli sürüb.
Görüşün sonunda müvəqqəti işlər vəkilinə Migel Delibesin “Seçilmiş əsərləri” kitabı təqdim edilib.
Qalereya
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...