Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi – “Morelin ixtirası” kitabı işıq üzü gördü

Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan Adolf Bio Kasaresin “Morelin ixtirası” kitabı nəşr olunub. Kitabın ispan dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində həyata keçirilib.
Vaxtı ilə ispandilli ədəbiyyatın məcrasını məşhur Argentina yazıçısı X.L.Borxeslə bir, kökündən dəyişmiş Adolf Bio Kasares 1990-cı ildə Servantes Ədəbiyyat Mükafatına layiq görülüb. Yazıçının ədəbi irsi “Morelin ixtirası” romanı ilə Azərbaycan oxucusuna ilk dəfə çatdırılır. Əsər orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə edilib.
Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş