Qan Turalının hekayəsi İraq portalında

İraqın “Nur” Mədəniyyət və Media Mərkəzinin populyar “Alnoor” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc yazıçı Qan Turalının ərəb dilinə tərcümə olunmuş “Banan” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal müntəzəm olaraq səhifələrində Ezra Paund, Tomas Lav Pikok, Qabriel Qarsia Markes, Alonso Kueto kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
![]() |
VƏ DİGƏR...
-
Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda
Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.
-
Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında
Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş
-
Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də
Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”, “Edebiyat-vesanatakademisi.com”, “Erikaga-cioyku.com”, Çexiyanın “Rebuil-dsyria.cz”,