Ramiz Rövşən yaradıcılığı Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “Aphorismen.de” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “İlan balası” şeirinin və poeziyasından seçmə misraların yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi – Mərkəzin alman dili tərcüməçisi Məryəm Səmədova, bədii redaktoru – Tomas Şefterdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Aphorismen.de” müntəzəm olaraq səhifələrində Sokrat, Demokrit, Çarlz Dikkens, Yunis Əmrə, Yohann Volfqanq Höte, Teodor Fontane kimi dünya şöhrətli filosofların, yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
https://www.aphorismen.de/autoren/person/11630/Ramiz+Rovshan |
![]() |
https://www.aphorismen.de/suche?f_autor=11630_Ramiz+Rovshan | ![]() |
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”