Haynrix Böllün ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti ikicildlik – dünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.
Kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.
İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” və “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı Son sözü ilə təqdim edir.
Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev və Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...