“Azərbaycan-alman danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi işgüzar və turist səfərinə gedənlər, eləcə də alman dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün “Azərbaycan-alman danışıq kitabçası” nəşr edib.
Alman dilinin daha asan və rahat mənimsənilməsinə xidmət edən kitabça “İlk söhbət”, “Gediş və gəliş”, “Şəhər nəqliyyatı”, “Hoteldə”, “Şəhərdə”, “Yemək və içkilər”, “Əlaqə”, “Tibbi yardım”, “Alış-veriş”, “Kino, əyləncə və istirahət”, “Gündəlik çox istifadə olunan söz və ifadələr” adlı bölümlər üzrə tərtib edilib.
Kitabın tərtibçisi – alman dili mütəxəssisi Vüsal Abbaszadə, redaktorları – filologiya üzrə fəlsəfə doktoru, dosent Vilayət Hacıyev, humanitar elmlər üzrə mütəxəssis Stefanie Matzer (Avstriya), dil və kommunikasiya üzrə magistrant, sənətşünas Lisa Brandt (Almaniya) və filologiya üzrə mütəxəssis Şəfiqə Quliyevadır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...