“Xankəndi necə Stepanakert oldu” videoçarxı xarici KİV-də
Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin “Alternatiftarih”, Misirin “Əl-Vəsilə Nyus”, “Asya əl-Yaum”, “Nile-Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Fələstinin “Bayader”, Küveytin “8-press”, Çinin “Alharir.info”, Ukraynanın “Kievinform”, “Aze.in.ua”, “Islam.in.ua”, Özbəkistanın “Interpress”, “Azkultur”, Qırğızıstanın “Turktoday.info”, İsrailin “Aziz Nyus”, İspaniyanın “Turaz.es” saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxının yayınına başlayıb.
Sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndində və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...