Fərman Kərimzadənin hekayəsi İraq mətbuatında
![Fərman Kərimzadənin hekayəsi İraq mətbuatında](https://aztc.gov.az/thumbs/index.php?size=410&src=posts/Manshet-ferman_5f6bafecdec34.jpg)
İraqın Mədəniyyət və Media Fondunun populyar “Əl-Nur” portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdı” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub.
Qeyd edək ki, “Əl-Nur” portalı mütəmadi olaraq səhifələrində Nazim Hikmət, Ana Maria Matute, Nəcib Məhfuz kimi məşhur dünya yazıçılarının əsərlərinə yer ayırır. Portal Azərbaycan yazıçısının yaradıcılığına ilk dəfə müraciət edir.
Əsəri ərəb dilinə tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydi çevirib.
Keçid linki: |
![]() |
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...