Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında
Ukraynanın populyar “Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.
Qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş “Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun “Ev tikirəm”, Salam Sarvanın “Dar ağacında azmışam”, Aqşin Yeniseyin “Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi və Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın “Поезія гранатових відтінків” (“Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.
Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə edib.
Səhifə, həmçinin Ukraynanın məşhur “litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.
Keçid linki:
|
VƏ DİGƏR...
-
Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir