Fransanın yeni səfiri Tərcümə Mərkəzində
Dekabrın 16-da Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə Azərbaycanda Fransa İnstitutunun direktoru Moris Rufin Dövlət Tərcümə Mərkəzində olublar. Görüş zamanı Fransa–Azərbaycan ədəbi əlaqələri üzrə görülən işlər, nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu il fransız dilinə çevrilərək Strasburqda nəşr edilmiş “Azərbaycan ədəbiyyatı antologiyası”, kitaba dair şəhərin mərkəzi Kitab Evində keçirilmiş geniş təqdimat mərasimi, həmçinin Jan Anuy, Şarl Bodler, Pol Verlen, Andre Morua, Alber Kamü, Fransua Moriak, Artur Rembo kimi tanınmış Fransa yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə Azərbaycan dilində nəşri ilə bağlı məlumat verilib. Daha sonra Azərbaycan ədəbiyyatının Fransada tanıdılması və yayımı, eləcə də Fransa ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi istiqamətində nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.
Görüşün sonunda səfirə Fransada nəşr olunan “Azərbaycan ədəbiyyatı antologiyası”, Patrik Modianonun “Seçilmiş əsərləri” və Mərkəzin son nəşrlərindən olan A.Moruanın “Vəsiyyətnamə” kitabları hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...