Xocalı faciəsinin şahidi olmuş Litva jurnalisti Tərcümə Mərkəzində
Məşhur Litva jurnalisti, “Ladziyay ulduzu” ictimai-siyasi qəzetinin baş redaktoru Riçardas Lapaytis Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Xocalı hadisələrinin, Qarabağ döyüşlərinin canlı şahidi olmuş jurnalistin bu mövzuda qələmə aldığı sənədli-publisistik əsəri, baş vermiş bu qanlı qətliamın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.
Riçardas Lapaytis: “Mən bu gün də Azərbaycanda, xüsusən cəbhə bölgələrində tez-tez oluram, erməni qəsbkarlarının uzun illərdən bəri törətdiyi vəhşiliklər barədə həqiqətlərin bu gün də dünya ictimaiyyətinə çatdırılmasına çalışıram. Xocalı soyqırımı barədə yazdığım əsər əsasında çəkilmiş “Sonsuz dəhliz” filmi dünyanın bir çox ölkələrində yayımlanıb və beynəlxalq mükafatlara layiq görülüb. Bu faсiə, bu sonsuz ağrı artıq mənim canıma hopub, həyatımı bundan sonra da bu faciələrin əsl həqiqətinin üzə çıxarılmasına, ədalətin bərqərar olmasına həsr edəcəyəm və işi ömrümün sonuna qədər davam etdirəcəyəm”.
Tədbirin sonunda müəllifin, 90-cı illərdə Qarabağda canlı şahidi olduğu hadisələri təfərrüatlı şəkildə qələmə alması, kitabın dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə nəşri və yayımlanması qərara alınıb.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...