“Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində

“Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində

Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan  ədəbiyyatı” bölümündə sərgilənir.

Kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

Kitabın yaxın günlərdə Almaniya, AvstriyaİsveçrəLixtenşteyn Lüksem­bur­­qun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.