Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan: “Mədəni birliyimizi inkişafa aparacaq təməl məhz ədəbiyyat olacaq”

Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan: “Mədəni birliyimizi inkişafa aparacaq təməl məhz ədəbiyyat olacaq”

   Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan yaxın günlərdə qurumun rəsmi www.tyb.org.tr saytına verdiyi müsahibədə Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında imzalanmış memorandum haqqında fikirlərini bölüşərək, əməkdaşlıq memorandumu çərçivəsində hər iki qardaş ölkənin ədəbiyyatının tanıdılması və təbliği sahəsində nəzərdə tutulan məsələlərdən söz açıb: “Əsərlərin elektron kütləvi informasiya vasitələrində, dövri mətbuatda yayımlanması, eləcə də ayrıca kitab şəklində nəşr edilməsi, hər iki ölkənin ədəbiyyatının tanıdılması və təbliği istiqamətində birgə təqdimatların, dəyirmi masaların və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihələrin bu sahədə olan boşluğun aradan qaldırılmasında mühüm rol oynayacağına inanıram”.

   Başqan, həmçinin memorandumun digər türk dövlətləri ilə də bağlanılmasının zəruriliyini vurğulayaraq, Qarabağ zəfərindən sonra qurulacaq yeni yolların coğrafi yaxınlığa səbəb olacağını və böyük Türk Dünyasının mədəni birliyini yaradacaq təməlin məhz ədəbiyyat olacağını bildirib: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq dövlətlərimiz arasında ədəbi-mədəni, siyasi və digər sahələrdə münasibətlərə də yeni imkanlar açacaq”.

   Dil, musiqi, teatr və kinematoqrafiya kimi sahələrdə də ortaq əməkdaşlığın zəruriliyinə toxunan Musa Kazım Arıcan milli və mənəvi birlik ideyalarının həyata keçirilməsi yolunda ədəbiyyat və sənət adamlarının çiyninə böyük yük düşdüyünü qeyd edərək, Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığın bu sferalarda da uğurlu olacağına inamını ifadə edib:  “Türk dünyasının ortaq tarix kitabları ilə bərabər, bədii kitabların nəşrinə çox böyük ehtiyac var. Bu işdə Türkiyə Yazarlar Birliyi olaraq əlimizdən gələni etməyə hazırıq”.

 

TYB ile Azerbaycan Devlet Tercüme Merkezi arasında İşbirliği anlaşması imzalandı

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...