Xarici KİV Azərbaycan hekayələrinin Fransa təqdimatından yazdı
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği layihəsi çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” və kitabın təqdimatıyla bağlı Strasburqda keçirilmiş tədbir yerli və xarici KİV-də – Rusiyanın və Belarusun nüfuzlu portallarında geniş işıqlandırılıb. Məlumatda deyilir:
“Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb”.
(ardını linklərdə oxu)
2. http://fnkaa.ru/во-франции-состоялась-презентация-кн/
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...