Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində

Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan – Avstriya ədəbiyyatlararası əlaqələrindən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş R.M.Rilke, Robert Muzil, Ştefan Svayq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya ədiblərinin əsərlərindən, Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək, Frankfurtda işıq üzü görmüş “Sirr – Azərbaycan hekayələri” kitabından söz açılıb.
Bernd Aleksander Bayerl: “Sizin Mərkəz bu sahədə, həqiqətən, böyük işlər görür. Alman dilinə tərcümə və nəşr edilmiş bu kitabın Avstriyada da yayımına böyük ehtiyac var. Bu gün Avstriyada Sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq, ayrı sözlə desək, bir informasiya qıtlığı var. Bu mənada, kitaba maraq böyük olacaq. Kitabın Vyanada geniş təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə yerləşdirilməsi ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə Mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.
Görüşün sonunda səfirə Almaniyada işıq üzü görmüş “Sirr – Azərbaycan hekayələri” kitabı hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...