Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olundu
Mayın 30-da Kolumbiya və Azərbaycan xarici işlər nazirlərinin Boqotada baş tutan görüşü zamanı Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olgin ARNK yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə ərsəyə gətirdiyi “İyirmi şeir” (Azərbaycan-Kolumbiya şeiri antologiyası) kitabını cənab Elmar Məmmədyarova təqdim edib:
Mariya Anxela Olgin: “Belə bir toplunun işıq üzü görməsi Kolumbiya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə verəcək. Məhz ədəbiyyat sahəsində irəli sürülən bu sayaq təşəbbüslər ölkələrimiz arasında anlaşmanın və dostluğun möhkəmlənməsində əsaslı rol oynayacaq. Kitabda Kolumbiya ədəbiyyatı nümunələri dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin, həmçinin müasir Azərbaycan poeziyasının digər qələm sahiblərinin şeirləri ilə yanaşı təqdim olunur. Kitabın təqdimatı 13 iyun tarixində Bakıda baş tutacaq”.
Daha sonra cənab Elmar Məmmədyarov “İyirmi şeir” kitabı ilə bağlı fikirlərini bölüşüb: “Ərsəyə gəlmiş bu kitab Azərbaycan-Kolumbiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı üçün gözəl nümunə olacaq. Antologiya bizim düzgün istiqamətdə addımladığımızı göstərən vacib elementdir”.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...