Tərcümə Mərkəzi və Argentina səfirliyi növbəti nəşr layihəsinin təməlini qoydu
Sentyabrın 22-də Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub. Səfir məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Cuentopos de Gulubú” (“Qulubunun nağılları”) və “Dailan Kifki” (“Daylan Kifki”) kitablarını, həmçinin Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərini Azərbaycan dilinə tərcümə və nəşr edilməsi üçün Mərkəzin direktoru Afaq Məsuda təqdim edib. İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən səfir adıçəkilən kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, cari ilin may ayında səfirliklə Mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görmüşdü.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...