Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub
Mayın 13-də Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan Adolf Bio Kasaresin "Morelin ixtirası" əsərinin orijinaldan Azərbaycan dilinə tərcüməsi və nəşri üzrə yekun işlər müzakirə olunub.
- Kitab artıq çap prosesindədir, yaxın günlərdə işıq üzü görəcək. Azərbaycanda Argentina ədəbiyyatına həmişə böyük sevgi və maraq olub. Bu sevgini Azərbaycan oxucusunda böyük Argentina ədibləri - X.L.Borxes, X.Kortasar və E.Sabato kimi qələm sahibləri oyadıb. Düşünürəm, Azərbaycanda ilk dəfə nəşr olunan Kasares də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq. - Mərkəzin direktoru xanım Afaq Məsud bildirib.
Öz növbəsində, nəşrin Azərbaycan-Argentina mədəni əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edən səfir belə layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...