Avrasiya Yazarlar Birliyinin baş direktoru Yaqub Öməroğlu Tərcümə Mərkəzində
Sentyabrın 17-də Avrasiya Yazarlar Birliyinin baş direktoru Dr. Yaqub Öməroğlu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. O, rəhbəri olduğu qurumun bədii tərcümə, ədəbiyyatlararası mübadilələr istiqamətində apardığı siyasətdən – türk ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği, həmçinin dünya ədəbiyyatının türk oxucusuna tanıdılması sahəsində görülən işlərdən danışıb. "Biz Azərbaycan ədəbiyyatından da bir sıra əsərlərin türk dilində nəşrini həyata keçirmişik və istərdik türk oxucusunu müasir Azərbaycan ədəbiyyatının ən istedadlı şair və yazıçılarının əsərləri ilə tanış edək".
Mərkəzin direktoru Afaq Məsud öz növbəsində Mərkəzin bu sahədə ərsəyə gətirdiyi layihələrdən söz açaraq, Azərbaycan ədəbiyyatının dünya müstəvisinə çıxarılmasında əsaslı rol oynayan düzgün seçimin və təbliğin əhəmiyyətindən danışıb. "Bu vaxta qədər Azərbaycan ədəbiyyatının dünyaya çıxarılması, şəxsi əlaqələr, müəllifin öz hesabıyla nəşr edilən adda-budda kitablarla baş tuturdu. Bu səbəbdən uzun illərdir ki, dünya oxucusu milli ədəbiyyatımızın ən parlaq, sözün əsl mənasında, dünya ədəbi fikir müstəvisinə çıxarılası əsərlərlə tanışlıqdan məhrum olurdu. Bu gün isə mənzərə ayrı cürdür. Azərbaycanın hər sahədə tərrəqisi uğrunda böyük fədakarlıqlar göstərən ölkə başçısı cənab İlham Əliyevin Fərmanıyla yaradılmış bu Mərkəz, milli ədəbiyyatımızın dünyaya layiqli səviyyədə tanıdılması istiqamətində böyük işlər görür. Bu gün biz seçmə yazıçı və şairlərimizin əsərlərini dünya dillərinə tərcümə edib, beynəlxalq aləmin ən aparıcı aidiyyatlı qurumları ilə əlaqələr yaradırıq, bu əsərlərin xarici jurnallarda, nəşriyyat evlərində nəşrinə nail oluruq. Hazırladığımız ikicildli "Müasir Azərbaycan ədəbiyyatı antologiyası» artıq bir neçə ölkədə nəşrə hazırlanır. Bu antologiyanın qardaş Türkiyədə türk dilində nəşri də nəzərdə tutulur".
Görüşün sonunda qonağa Mərkəzin nəşrlərindən, türk dilində hazırlanmış kataloq və bukletlərdən ibarət çanta hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...