“Leyli və Məcnun” Avropa kitabxanalarında

“Leyli və Məcnun” Avropa kitabxanalarında

Dövlət Tərcümə Mərkəzinin “Nizami İli”nə töhfə olaraq alman dilində Almaniyada nəşr etdirdiyi “Leyli və Məcnun” kitabı Avropanın bir çox mərkəzi kitabxanalarına yerləşdirilib.

Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə nəşr edilmiş kitabın Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış alman naşiri  Hans-Jürgen Maurerdir. 


 

 

 

 


Kitabxanaların siyahısı:


Avstriya Milli Kitabxanası;

Qrats Universitetinin Kitabxanası;

Zemmerinq Turizm Məktəbinin İctimai Kitabxanası;

Alpbax Kitabxanası;

Vyana İctimai Kitabxanası;

Lixtenşteyn Kitabxanası;

Lüksemburq Universitetinin Kitabxanası;

Almaniya Şərq İnstitutunun Kitabxanası;

Selle Şəhər Kitabxanası;

Frankfurt Şəhər Kitabxanası;

Bukstehude Şəhər Kitabxanası;

Erfurt Şəhər Kitabxanası;

Essen Şəhər Kitabxanası;

Hattingen Şəhər Kitabxanası;

Ansbax Şəhər Kitabxanası;

Ulm Şəhər Kitabxanası;

Krailshaym Şəhər Kitabxanası;

Qross-Umştadt Şəhər Kitabxanası;

Darmştadt Universitetinin Kitabxanası;

Volfsburq Şəhər Kitabxanası;

İnqolştadt Şəhər Kitabxanası;

Ayxştedt Şəhər Kitabxanası;

Braunşvayq Şəhər Kitabxanası;

Stendal Şəhər Kitabxanası;

Qotfrid Vilhelm Leybnits Kitabxanası;

Esslinqen Şəhər Kitabxanası;

Offenbax Şəhər Kitabxanası;

Axen Şəhər Kitabxanası;

Duisburq Mərkəzi Kitabxanası;

Fulda Mərkəzi Kitabxanası;

Zült Kitabxanası;

Ukermünde Şəhər Kitabxanası;

Berqen Şəhər Kitabxanası;

Koblens Kitabxanası;

Kassel Universitetinin Kitabxanası;

Haynrix Hayne adına Şəhər Kitabxanası;

Yeni Brandenburq Regional Kitabxanası;

Vuppertal Mərkəzi Kitabxanası;

Bielefeld Şəhər Kitabxanası;

Kayzerslautern Şəhər Kitabxanası;

Lübek Şəhər Kitabxanası;

Lüneburq Şəhər Kitabxanası;

Saarland Universitetinin Kitabxanası;

Osnabrük Universitetinin Kitabxanası;

Leverkuzen Şəhər Kitabxanası;

Bremerhaven Şəhər Kitabxanası;

Almaniya Milli Kitabxanası;

Frankfurt Universitetinin Kitabxanası;

Veymar Şəhər Kitabxanası;

Baden Şəhər Kitabxanası;

Trier Universitetinin Kitabxanası;

Rayn-May Ali Məktəbinin Kitabxanası;

Xemnits Şəhər Kitabxanası;

Tsinnovist  Kitabxanası;

Ştutqart Vütemberq Kitabxanası;

İstanbul-Almaniya Şərq İnstitutunun Kitabxanası;

Bişofshaym Kitabxanası.

 


VƏ DİGƏR...

  • Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında

    Almaniyanın populyar  “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...

  • Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

     

     

  • Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir” Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

    Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.