Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında

Türkiyənin “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Qəm yemə, qəm əhlinin imdadına canan çatar” qəzəlinin, rübailərinin və şairin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” portalları müntəzəm olaraq səhifələrində Uilyam Şekspir, Fyodor Dostoyevski, Lev Tolstoy, Corc Oruell, Mehmet Akif Ərsoy kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
![]() |
|
![]() |
|
![]() |
VƏ DİGƏR...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
-
Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.