Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var”
İyunun 8-də Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhi, Şimali Kipr Təhsil və Mədəniyyət attaşesi cənab Teyfik Ulual Dövlət Tərcümə Mərkəzində olublar.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Türkiyə ədəbiyyatı nümunələri – 2017 və 2018-ci illərdə Azərbaycanda nəşr olunmuş “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya və nəsr) kitabları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Şimali Kipr ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var. Kipr yazıçı və şairləri, rəssam və bəstəkarlarının əsərləri bu gün dünyanın aparıcı kitabxanalarında, sərgilərində yer almaqdadır. Bu sənət incilərinin Azərbaycanda da tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir”.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...