Frans Kafkanın ikicildliyi Avstriyanın səfirinə hədiyyə olundu
Mayın 5-də Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bernd Aleksandr Bayerl Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş dünya ədəbiyyatı nəşrləri, xüsusən Avstriya ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb.
Bernd Aleksandr Bayerl: “Mərkəz tərəfindən Avstriya ədəbiyyatına ayrılan diqqətdən hər zaman qürur hissi duyuruq. Yaxın günlərdə işıq üzü görmüş Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” isə xüsusi hadisədir. Kafkanın Azərbaycanda ilk nəşrini də, bildiyim kimi, 90-cı illərdə Tərcümə Mərkəzi ərsəyə gətirib. Bu dəfə isə Kafkanın əsərlər külliyyatının ikicildliyi nəşr olunub. Kitabın belə peşəkar səviyyədə nəfis tərtibdə Azərbaycanda işıq üzü görməsi məni, hər şeydən əvvəl Kafkanın bir oxucusu, Kafka yaradıcılığının pərəstişkarı kimi çox təsirləndirdi. Avstriya səfirliyi olaraq, Dövlət Tərcümə Mərkəzi ilə birlikdə ikicildliyin təqdimatını təşkil etməyi düşünürük. Biz bu ikicildliyin daha böyük auditoriyalara çıxışı və təbliği üçün öz təkliflərimizi də verəcəyik. Mərkəzə, Siz başda olmaqla, dərin minnətdarlığımızı bildiririk və Avstriya–Azərbaycan ədəbi mübadilələrinin genişləndirilməsi istiqamətində hər zaman əməkdaşlığa hazırıq”.
Görüşün sonunda qonağa Mərkəzin “Dünya ədəbiyyatı inciləri” seriyasından işıq üzü görmüş ilk nəşr – məşhur Avstriya yazıçısı Frans Kafkanın Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərinin, gündəlik və müsahibələrinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” kitabı hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...