“Novruz”un tarixi, mahiyyəti və fəlsəfəsi
Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar.
Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz (Yeni gün) adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir.
Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.
Su çərşənbəsi – qışın şaxtasından buz bağlayan çayların, baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə başlamasına, Od çərşənbəsi – Günəşin torpağı isidərək, onu yaratmaq qabiliyyətinə hazırlamasına, Yel çərşənbəsi – artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, Torpaq çərşənbəsi – sularla islanıb, Günəşlə isinmiş torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir.
Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" deyilən lirik şeirlərdə də ustalıqla təsvir və tərənnüm edilir.
Həmin şeirlərdən seçmələri oxucuların nəzərinə təqdim edirik.
İmadəddin Nəsimi |
Bahar oldu, gəl, ey dilbər, təmaşə qıl bu gülzarə, Məni mən etmə, ey zahid, güvənmə zikrə, ey sufi Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür, Badə içmək rövzədə gər sən dilərsən hur ilə, Mövsümi-novruzu neyistan aşikar oldu yenə, Nərgizi gör, cam əlində mey sunar ariflərə, Çü gördün, güllər açılmış, şərabi-inəb içilmiş, İrəm gülzarı, ey huri, bu mənidən yüzündür kim, |
Şah İsmayıl Xətai |
Qış getdi, yenə bahar gəldi, |
Məhəmməd Füzuli |
Çəmən bəzəndi çiçəklə gələndə fəsl-i bahar, Nərgis istər ola baş güllərə gülşəndə bu gün, Yenə şəbnəmlə yaşıl ot bəzəmiş yer üzünü, Füzuli bülbül-i gülzar-i hüsn-i iltifatindir, |
Molla Pənah Vaqif |
Bayram oldu, heç bilmirəm neyləyim... Bizim evdə dolu çuval da yoxdur. Dügüylə yağ hamı çoxdan tükənmiş Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə. Xalq batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə evdə bir sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. |
Dirili Qurbani |
Başına döndüyüm, ay qəşəng pəri Adətdi dərərlər yaz bənövşəni. Ağ nazik əlinlə dər dəstə bağla, Tər buxaq altına düz bənövşəni. Tanrı səni xoş camala yetirmiş, Hüsnün görən aşıq ağlın itirmiş, Mələklərmi dərmiş, göydən gətirmiş, Hayıf ki, dəriblər az bənövşəni. Başına döndüyüm, bağa gəl, bağa. O gözəl hüsnündən bağa nur yağa, Dərib dəstə-dəstə taxar buxağa, Bənövşə qız iylər, qız bənövşəni. |
Məhəmmədhüseyn Şəhriyar |
Bayram yeli çardaxları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, Ağ buludlar köynəklərin sıxanda, Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun. Ay nə gözəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq. Şal istədim mən də, evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Bayram olub, qızıl palçıq əzərlər, Naxış vurub otaqları bəzərlər, Taxçalarda düzmələri düzərlər, Qız-gəlinin fındıqçası, hənası, Həvəslənər anası, qaynanası. Bakıçının sözü, sovu, kağızı, İnəklərin bulaması, ağızı, Çərşənbənin girdəkanı, mövizi, Qızlar deyər: "Atıl-matıl, çərşənbə, Ayna təkin bəxtim açıl, çərşənbə" Yumurtanı göyçək, güllü boyardıq, Çaqqışdırıb sınanları soyardıq, Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə növruzgülü dərərdi. |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...