Andrey Tarkovskinin kitabı ilk dəfə Azərbaycanda
Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.
“Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir”, “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.
Kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Andrey Arsenyeviç Tarkovski
(1932–1986)
• Rusiyanın İvanovo vilayətində anadan olub;
• kino və teatr rejissoru, nəzəriyyəçisi, ssenari müəllifi kimi zəngin yaradıcılıq irsinə malikdir;
• ilk ekran əsəri – “İvanın uşaqlığı” filmi dünya kinosunda böyük hadisə kimi qəbul olunub, məşhur Venesiya kinofestivalının “Qızıl şir” mükafatına layiq görülüb;
• “Andrey Rublyov”, “Ayna” və “Stalker” filmləri bütün zamanların ən yaxşı ekran əsərləri siyahısına daxil edilib;
• 1980-ci ildə növbəti filminin çəkilişləri məqsədilə İtaliyaya yollanıb və bir daha geri qayıtmayıb;
• ömrünün sonunadək İtaliyada mühacir həyatı yaşayıb;
• son filmləri – “Xiffət”i (1983) İtaliyada, “Qurbanvermə”ni (1986) İsveçdə ekranlaşdırıb;
• Vim Venders, Aleksandr Sokurov, Lars fon Trier kimi dünya şöhrətli rejissorlar Andrey Tarkovskinin ölümündən sonra çəkdikləri filmləri dahi sənətkarın xatirəsinə həsr ediblər.
Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:
• “Libraf”
• “Kitabevim.az”
• “Akademkitab”
• “Akademiya” kitab evi
• “Azərkitab”
• Prezident Aparatının Kitab evi
• Azərbaycan Dillər Universitetinin satış köşkü
• “Pero” kitab mağazası
• “Oxumalı” kitab evi
• “Lider” kitab evi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...