Tanınmış fransızlar erməni xisləti haqqında
Dövlət Tərcümə Mərkəzi erməni xisləti, erməni vandalların Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı haqqında tanınmış fransızların fikirlərinin əks olunduğu “Tanınmış fransızlar erməni xisləti haqqında” adlı sənədli material hazırlayıb. Beynəlxalq internet məkanında ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayınlanacaq tarixi faktların dünyanın aidiyyətli mətbuat orqanlarına, internet portallarına göndərilməsi, beynəlxalq sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Erməni xislətini bütün mahiyyəti ilə açan dünya tanınmışları arasında xeyli sayda fransızlar da var. Bu şəxsiyyətlər ermənilərlə tanışlıq, yaxın ünsiyyət zamanı şahid olduqlarını qələmə alaraq indiki və gələcək nəsillərə ötürmüşlər. Lakin təəssüf ki, bu gün Fransa hökuməti hələ də erməni lobbisinin təsiri altında dövlət səviyyəsində saxta “erməni soyqırımı” iddialarına himayədarlıq edir, Türkiyə və Azərbaycan haqqında reallığı əks etdirməyən fikirlər irəli sürür. Sənədli istinadlara söykənən bu fikirlərdən bəzilərini, ilk növbədə, Fransa xalqının və hökumət nümayəndələrinin nəzərinə təqdim edirik.
• Fransız yazıçısı Aleksandr Düma (ata): “Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər”.
• XIX əsrin Fransız səyyahı qraf Arman Pyer de Şölye: “...Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.”
https://azerbaijan.az/related-information/106
• 1920-ci ilin 20 iyulunda Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən Fransa Xarici İşlər Nazirliyinə göndərilən məktubdan: “…Hərbi əməliyyatlara gəlincə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında erməni qoşunları 40 000-dən çox azərbaycanlının yaşadığı İrəvanın cənubundakı 25 kəndi mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hansısa müstəqillik iddiasında olmayan bu sülhpərvər əhali həmişə sakit həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa müddətdə gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən,qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlı Araz çayına atılaraq öldürülüb”.
https://genocide.preslib.az/az_a2-8.html
• Fransız alimi De Ban: "Erməni kilsəsi bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı."
https://azerbaijan.az/related-information/106
• Xocalı qırğınının şahidi olmuş fransız jurnalisti Jan İv Yunetin məqaləsindən: “Biz Xocalını müdafiə edənlərin, yüzlərlə dinc sakinlərin – qadınların, uşaqların, qocaların tanınmaz hala salınmış meyitlərini öz gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduğundan çəkilişi sona çatdıra bilmədik. Amma yuxarıdan gördüklərimiz törədilən vəhşilikləri təsəvvürə gətirməyə kifayət edirdi. Bu, tükürpərdici mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular… Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə ananın sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı”.
https://genprosecutor.gov.az/az/page/azerbaycan/ermeni-terroru
• Fransız tədqiqatçısı Maksim Qoen: “Erməni məsələsi” ilə bağlı beynəlxalq məhkəmə Britaniya hökuməti tərəfindən Maltada keçirilmiş və tam iflasa uğramışdır. 1919–1921-ci illərdə başlanan və iki ildən çox davam edən araşdırmaların yekununda Maltada həbs olunmuş rəhbər vəzifəli 144 osmanlının əleyhinə heç bir ittiham təsdiqlənməmiş, ələ keçən Osmanlı vəsiqələrində qırğına səbəb ola biləcək hərəkətlərin olmadığı təsdiq edilmişdir. Əksinə, yaşayış yerini dəyişdirən ermənilərin hətta mühafizə olunduğu müəyyənləşdirilmişdir. Əgər soyqırımına dair hər hansı bir dəlil olsaydı, ingilislər bu fürsəti qaçırmaz, osmanlılara bəraət verməzdi”.
Qeyd: Fransadakı erməni təşkilatları Maksim Qoeni “nasist”, “soyqırımı tərəfdarı” adlandırırlar və onu dəfələrlə məhkəməyə veriblər.
• Fransanın “Le Monde” qəzetindən: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır… Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşi xislətlərini bütün dünyaya bəyan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı…”
14 mart 1992
• Fransanın “Liberation” qəzetinin əməkdaşı Jül Gen Vaynerin məqaləsindən: “Xocalıda baş verənlər qabaqcadan hazırlanmış ssenari üzrə həyata keçirildi. Hələ Xocalı işğal edilməzdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Meyitlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi, oradan dözülməz meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi… Ermənilər Xocalıda qətlə yetirdikləri 100 nəfəri yanaşı düzərək körpü düzəltdilər. Mən meyitlərin üzərindən keçdim. Ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşdü, qana boyandı. Özümü tamamilə itirdim. Bütün bədənim əsirdi...”
• Erməni əsilli Fransa jurnalisti Berain Siracyanın “Hücumdan əvvəl” məqaləsindən: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik”.
http://www.anl.az/down/meqale/xalqcebhesi/2015/yanvar/417039.htm
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...