Nadir Şah haqqında kitab nəşr olundu
“Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” (müəllif – akademik Ramiz Mehdiyev) kitabı nəşr olunub.
Kitab böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın 11 illik hakimiyyəti dövründən, bu illər ərzində baş vermiş tarixi hadisələrdən, qazanılan parlaq hərbi uğurlardan bəhs edir. Nadir şahın şəxsi həkimi, fransızəsilli Lui Bazinin məktubları əsasında qələmə alınmış əsər dövrün hərbi-siyasi mənzərəsini, saraydaxili çəkişmələri, yaxınları və düşmənləri tərəfindən hökmdara qarşı hazırlanan sui-qəsdləri, şah ordusunun uzaq Hindistanı işğal etməsi kimi hadisələri tarixi sənədlər və faktlarla təqdim edir.
Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşardır.
Lui Bazinin məktublarının, eləcə də digər tarixi sənədlərin fransız və fars dilindən tərcümə müəllifləri – Fuad Həsənov, Əli Şükrü və Şahin Yəhyayevdir.
Kitabın redaktoru Yaşar Əliyevdir.
Geniş oxucu kütləsinin nəzərinə təqdim olunan əsər tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.
VƏ DİGƏR...
-
Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir