Yaponiya səfirliyinin rəsmisi Tərcümə Mərkəzində
Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət və təhsil üzrə attaşesi cənab İşikava Daiki Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Yaponiya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması və yayımı, həmçinin Yaponiya ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi məsələləri müzakirə edilib, “Yaponiya ədəbiyyatı antologiyası”, “Yaponca–azərbaycanca lüğət”inin tərtibi və nəşri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonağa Mərkəz tərəfindən Azərbaycan dilində ərsəyə gətirilmiş nəfis nəşrlər – dünya şöhrətli yapon yazıçıları – Akutaqava Rünoskenin “Tanrıların istehzası” və Kadzuo İşiquranın “O günlərdən qalanlar” kitabları hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...