“Şuşa İli”nə töhfə – “Qarabağın incisi Şuşa” kitab-albomu nəşr olundu
Dövlət Tərcümə Mərkəzi ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq, Azərbaycanın qədim mədəniyyət beşiyi – 1752-ci ildə Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılmış Şuşanın tarixini əks etdirən nəfis tərtibli “Qarabağın incisi Şuşa” adlı kitab-albom ərsəyə gətirib.
Şəhərin qədim mədəniyyəti, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığı – “Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası», “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edilən kitab-albomun türk, ingilis, rus və ərəb dillərində bir sıra xarici ölkələrdə də nəşri nəzərdə tutulur.
Nəşrin layihə rəhbəri – Xalq yazıçısı Afaq Məsud, arxiv materialları üzrə məsul katib – tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, redaktoru – İradə Musalıdır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“Çıraq” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...