“Şuşa İli”nə töhfə –– “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı nəşr olundu

“Şuşa İli”nə töhfə –– “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı nəşr olundu

Dövlət Tərcümə Mərkəzi ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabını ərsəyə gətirib.

Qədim Şuşanın məhəllə və küçələri, dini, tarixi, mədəni abidələri, şeir və muğam məclisləri orijinal rəsm və illüstrasiyalarla təsvir olunan nəfis tərtibatlı kitab XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş Xan qızı Natəvan, Fatma xanım Kəminə Aşıq Pərinin həyat hekayəsini əks etdirir.

Kitabın müəllifi – tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...