Haynrix Böllün ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

Haynrix Böllün ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti ikicildlik – dünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.

Kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.

İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı Son sözü ilə təqdim edir.

Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında

    Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.