Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portallarında

Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portallarında

 İspaniyanın populyar “alquiblaweb.com” “trabalibros.com” ədəbiyyat portalları “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində  dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə edilmiş “Yeddi gözəl” poemasından “Nağılın başlanğıcı və Bəhramın doğulması”, “Mərhəmətli Allahın adı ilə”, “Allahın elçisi Məhəmmədə mədhlər”, “Peyğəmbərin meracı” adlı hissələrə, şairin həyat və yaradıcılığı haqqında məlumata yer ayırıb.

      Əsərin ispan dilinə bədii tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linaresdir.

      Geniş oxucu kütləsi tərəfindən izlənən  portallar müntəzəm olaraq səhifələrində Xuan Gil Albert, Gustavo Adolfo Becquer, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

    Qeyd edək ki, “alquiblaweb.com” portalının “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrini müntəzəm şəkildə işıqlandıracaq “Azərbaycan yazıçı və şairləri” adlı yeni bölümü fəaliyyətə başlayıb.

https://www.alquiblaweb.com/category/escritores-nacionales-e-internacionales/

https://trabalibros.com/textos-libres/i/30978/67/extracto-del-poema-las-siete-princesas

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...