Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yanvarın 9-da Elmi-Bədii Şurasının ilk iclasını keçirib. Şura ölkədə tərcümə işinin vəziyyətini, dil və tərcümə sahəsində yaşanan problemlərin araşdırılması və aradan qaldırılması məsələlərini, tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulan kitabların tematik planını müzakirə edib.
İclası Şuranın sədri Afaq Məsud açaraq, yeni yaradılmış qurumun üç ayda gördüyü işlər, dil, təhsil, ölkədə tərcümənin vəziyyəti, tərcüməçilik işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi vacib olan məsələlər barədə danışıb. Şuranın üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov, Azərbaycan dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev, Xalq Artisti, rejissor Ramiz Mirzəyev, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Əlioğlu, Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, proffessor Fərəh Əliyeva, şair Ramiz Rövşən və Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev gündəlikdə duran məsələlərə toxunaraq, ölkədə tərcümə işinin təşkili və təkmilləşdirilməsinə dair təkliflərini irəli sürüblər.
İclasın mətni yaxın günlərdə Mərkəzin saytında və “Aydın yol” qəzetində dərc ediləcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...