Tərcümə Mərkəzi gənc yazarların əsərlərindən ibarət antologiya hazırlayır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.
Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri Mahir Qarayev və Etimad Muradov iştirak ediblər.
Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirələr aparılıb.
Toplantının geniş mətni “Aydın Yol” qəzetinin 24 iyun 2016-cı il tarixli sayında nəşr ediləcək.
Qalereya
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”