Tərcümə Mərkəzinin yeni nəşri – “Əvvəl dəniz vardı” antologiyası işıq üzü gördü
Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” antologiyası nəşr olunub. Kitaba Kolumbiyanın müxtəlif dövrlərdə yazıb-yaratmış şairlərinin əsərləri daxil edilib. Nəşrin orijinallığı onun XVII əsrin mistik şairi Fransiska Xosefa del Kastilyo i Gevara, ispandilli romantik poeziyanın banilərindən olan Rafael Pombo, modernizm cərəyanının ilk nümayəndələrindən Xose Asunsion Silva, XX əsrin nüfuzlu söz ustası Leon Greiff, habelə Porfirio Barba Yakob, Meira Delmar, Covanni Kessepn, Fernando Çari Lara və Aurelio Arturonun klassik şeirləri ilə yanaşı, Kolumbdan öncəki dövrün poetik nümunələrini – Karib dənizi hövzəsində, Sierra Nevada de Santa Martada məskunlaşmış yerli hindu qrupu yaradıcılığını da əhatə etməsindədir.
Kolumbiya poeziyası antologiyası Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Kitaba daxil edilən şeirlər hər iki dildə – Azərbaycan və ispan dilində verilib.
Orijinaldan sətri tərcümə Emin Ələsgərova, bədii tərcümə şair Əlisəmid Kürə məxsusdur.
Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...