Rusiyanın I kanalı vasitəsi ilə yayımlanan "Vremya pokajet" verilişində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən haqsız fikirlərə dair kanalın rəhbərliyinə məktub ünvanlanıb
Rusiyanın I kanalının rəhbəri cənab Konstantin Ernstə
Hörmətli cənab Ernst,
təəssüflə qeyd etməliyəm ki, aprelin 4-də kanalınız vasitəsi ilə yayımlanan "Vremya pokajet" verilişinin əvvəlindən qoyulan "Bu müharibəyə ilk olaraq, hansı tərəfdən başlanıldı?", "Niyə məhz indi başlandı?" - suallarına müzakirədə iştirak edən "kompetent" şəxslərin (hər iki mövqedə olan) biri belə olsun, cavab verə bilmədi. Cavab isə çox aydın və üzdədir. İyirmi ildən artıq müddət ərzində məlum sülh danışıqlarının nəticə verməsini gözləyə-gözləyə, günaşırı, bəzən hər gün həmin bu "atəşkəs" rejimində erməni separatçıları tərəfindən güllələnib öldürülən 18-20 yaşlı Azərbaycan əsgərləri (tarixlər və hadisələr lentə alınıb. Ünvan: AZƏRTAC, Trend (azertag.az, az.trend.az) və uzun illər itkilər verən tərəfin üzüyola dinməzliyindən coşub cəsarət nümayiş etdirən ermənilərin aprelin 1-nə keçən gecə gülləbaran etdiyi dinc əhalinin təhlükəsiz ərazilərə köçürülmək məcburiyyətində qalması.
"Niyə məhz indi başladı?" sualına verilən cavablar isə, yaradıcı təfəkkürü olanlar üçün daha böyük maraq doğurur. İllərlə torpaqları qanunsuz şəkildə zəbt edilmiş Azərbaycanın aqressora tutarlı cavabının, gah ölkədə yaşanan uydurma gərginliklə əlaqələndirilməsi, gah da "Türkəyinin diktəsi ilə atılan addım" kimi qiymətləndirilməsi, inanın ki, kənardan sosioloji araşdırmadan çox, cığal uşaq oyunlarının mübahisə yarışını xatırladır.
Təəssüflə bildirməliyəm ki, kanal bu gün də, həmişəki ermənipərəst mövqeyinə sadiq qalaraq, qoyulan bu ağrılı və dərin tarixi köklü məsələyə səthi və birtərəfli münasibət nümayiş etdirdi. Lakin, əlbəttə ki, sözü zaman deyəcək. Və sizi əmin edirəm ki, O, öz sözünü mütləq deyəcək.
Afaq Məsud - yazıçı
Əməkdar incəsən xadimi
Pyotr Akademiyasının həqiqi üzvü
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...