Tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının "Yolüstü söhbət" kitabı çapdan çıxdı
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibəti ilə nasirin "Yolüstü söhbət" kitabını nəşr edib.
Kitaba yazıçının "Zədə" romanı, povestləri, doxsanıncı, ikimininci illərdə yazdığı hekayələri toplanıb.
Saday Budaqlı: 1955-ci ildə anadan olub.
1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib.
Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb.
Moskvada nəşr olunan "Uduş" kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb.
Moskvanın "Nedelya" həftəlik məcmuəsinin laureatıdır.
1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mukafatını qazanıb.
2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.
Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub.
M.Bulqakov, Y.Kavabata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
"Yolüstü söhbət" - Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...