Tərcümə Mərkəzi Argentina səfirliyinin təqdim etdiyi Adolfo Kasaresin “La invención de Morel” kitabını Azərbaycan dilində nəşr edəcək

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva bu gün Tərcümə Mərkəzində olub. Səfir Lui Borxesin tədqiqatçısı, yazıçı Adolfo Kasaresin “La invención de Morel” kitabını, Azərbaycan dilinə tərcümə və nəşr edilməsi məqsədi ilə Mərkəzin direktoru A. Məsuda təqdim edib. Azərbaycan-Argentina əlaqələrinin yaxınlaşmasında ədəbiyyatın xüsusi rolunu qeyd edən səfir, kitabın Azərbaycan oxucusu üçün maraqlı olacağını, bu layihənin Mərkəzlə birgə həyata keçirilməsi nəzərdə tutulan növbəti layihələrin başlanğıcı olduğunu bildirib.
Qalereya
VƏ DİGƏR...
-
Müasir Azərbaycanın memarı və qurucusu
12 dekabr – ulu öndər Heydər Əliyevin anım günüdür
-
Nəsiminin qəzəllər toplusu Jitomirdə və Poltavada təqdim edildi
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Ukraynada...
-
Nəsiminin qəzəllər toplusu Xarkovda təqdim olundu (foto, video)
Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650...