“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı nəşr olundu

Dövlət Tərcümə Mərkəzi 44 günlük Vətən müharibəsinin xronologiyasını əks etdirən nəfis tərtibatlı “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabını nəşr edib.
Hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu kitab, münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə müzəffər Azərbaycan ordusunun müharibədə qazandığı tarixi Qələbənin detallarını xronoloji ardıcıllıqla əks etdirir.
Kitabın müəllifi – tanınmış Türkiyə yazarı, professor Aygün Attar, türk dilindən tərcümə müəllifləri – Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru – Etimad Başkeçid.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Nəşri yaxın günlərdə Bakının aşağıdakı mağazalarından əldə etmək olar.
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”