“Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında

“Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında

     IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib.

   Tədbiri Dövlət Tərcümə Mərkəzinin Ukrayna təmsilçisi Marina Qonçaruk açaraq, Ukrayna-Azərbaycan ədəbi əlaqələrindən, Mərkəzin bu sahənin inkişafına verdiyi töhfələrdən, Nizami Gəncəvinin ədəbi irsinin tərcümələrindən və Ukrayna alimləri tərəfindən aparılan tədqiqatlardan bəhs edib.

    Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndəsi Nəcəf Əhmədov Ukrayna və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edən tədbirin əhəmiyyətindən danışıb.

      Daha sonra ukraynalı məktəblilər “Leyli və Məcnun” əsərindən parçaları səsləndirib.

    Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin ukrain dilində Ukraynada ərsəyə gətirdiyi – “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsiminin “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvanın “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”) və Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabları sərgilənib.

    Qeyd edək ki, “Dnepr Book Space” – Ukrayna kitab nəşri sahəsində innovasiyalara geniş imkanlar yaradan yeganə və ən böyük kitab festivalıdır. Beynəlxalq festival Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukrayna Dövlət Televiziyası və Radio Yayımları Komitəsi, Kiyev Şəhər Dövlət İdarəsi, Ukrayna Kitab İnstitutu, Ukrayna Nəşriyyatçılar Birliyi tərəfindən təşkil olunub.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...