Sertifikatlar sahiblərinə təqdim olundu

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
Təqdimat mərasimində Mərkəzin Aparat rəhbəri Əli Atakişiyev çıxış edərək, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Ə.Atakişiyev imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.
Turlarda Dövlət Tərcümə Mərkəzinin sertifikatlarını qazanmış mütəxəssislər
![]() |
Mənsur Aslan oğlu Zeynalov – (ingilis–Azərbaycan) humanitar sahələr üzrə; |
![]() |
Ceyhun Sərdar oğlu Əliyev – (ingilis–Azərbaycan–rus) ictimai-siyasi, iqtisadiyyat sahələri üzrə; |
![]() |
Emin Ramiz oğlu Şirinov – (rus–Azərbaycan–rus) ictimai-siyasi sahələr üzrə; |
![]() |
Sevil Vaqif qızı Həsənova – (ukrain–rus) hüquq sahəsi üzrə; |
![]() |
Şəbnəm Bəxtiyar qızı Əsədova – (Azərbaycan–çex) ictimai-siyasi, hümanitar sahələr üzrə. |
Qalereya
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...