Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində

Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində

 Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı “Səhnə güzgüsü” kitabı (ADTM) nəşr olunub.

  Müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.

 Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.

   Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Georgi Aleksandroviç Tovstonoqov

(1915–1989)

   teatr rejissoru, pedaqoq;

   “Ezop”, “İdiot”, “Ağıldan bəla”, “Üç bacı”, “Meşşanlar”, “Kral IV Henrix”, “Müfəttiş”, “Həyatın dibində” kimi məşhur teatr tamaşalarının rejissorudur;

   Lenin Komsomolu adına Leninqrad Teatrının (1949–1956) və Maksim Qorki adına Leninqrad Böyük Dram Teatrının (1956–1989) baş rejissoru olub;

●   rejissorun 33 il çalışdığı Leninqrad Böyük Dram Teatrına onun adı verilib;

●   1956-ci ildə SSRİ xalq artisti adını alıb;

   “Quruluş verdiyi tamaşalar Lenin (1958), Stalin (1950–1952) və Dövlət (1968, 1978, 1986) mükafatlarına layiq görülüb;

   kitab Azərbaycanda ilk dəfə nəşr olunur.


   Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

VƏ DİGƏR...