Piter Brukun kitabı ilk dəfə Azərbaycanda
Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı “Boş məkan” kitabını nəşr edib.
“Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr”, “Teatr”, “Y.Kaqarlitski” başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.
Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Piter Stiven Pol Bruk
• teatr və kino rejissoru, nəzəriyyəçisi;
• “Karamazov qardaşları”, “Dəfn olunmamış ölülər”, “Qış nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir;
• 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir;
• “Britaniya imperiyası”, “Şərəf legionu” ordenlərinə layiq görülüb;
• “Avropa teatr mükafatı”, “Kioto” və “Beynəlxalq İbsen mükafatı” kimi ödüllərlə təltif edilib;
• əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...