Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında
Meksikanın populyar “Tecnología industrial” (elm, sənaye və ədəbiyyat) portalı və “Más literatura” (“Daha çox ədəbiyyat”) feysbuk ədəbiyyat səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ispan dilinə tərcümə edilmiş “Özümdən narazıyam”, “Vətən var” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb. Şeirlərin ispan dilinə tərcümə müəllifi – Tutuxanım Yunusovadır.
Qeyd edək ki, geniş oxucu kütləsi olan “Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.
Keçid linki: |
|
https://www.facebook.com/masliteraturamx |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...