Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” ilk dəfə Azərbaycan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi məşhur Peru yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” kitabını nəşr edib.
Kitaba müəllifin Nobel nitqi, müsahibəsi, “Polomino Moleronu kim öldürüb” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” adlı hekayələri daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – Saday Budaqlı və Mahir N.Qarayev, redaktoru Nəriman Əbdülrəhmanlı və Aynurə Haqverdiyevadır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Mario Varqas Lyosa
(1936)
• Dünya şöhrətli nasir, dramaturq, publisist, ictimai-siyasi xadim;
• Perunun Arekipa şəhərində anadan olub;
• 1953–1958-ci illərdə San-Markos Universitetinin filologiya fakültəsində təhsil alıb;
• Bir müddət Madriddə, daha sonra Parisdə yaşayıb;
• 1958-ci ildə Nikaraqua şairi Ruben Darionun, 1971-ci ildə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yaradıcılığı üzrə yazdığı dissertasiya işlərinə görə doktorluq dərəcəsi alıb;
• 1975-ci ildə Beynəlxalq PEN-klubun prezidenti seçilib;
• “Şəhər və köpəklər” (1963), “Yaşıl ev” (1968), “Kilsədə söhbət” (1969), “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” (1973), “Palomino Moleronu kim öldürüb” (1986), “Odissey və Penelopa” (2007), “Ketlin yuxusu” (2010), “Sadə qəhrəman” (2014) kimi roman və pyeslərin müəllifidir;
• 2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...