Afaq Məsud dünya yazıçılarına müraciət etdi
Müraciət türk, rus, ingilis, alman, ərəb, fransız və ispan dillərində Türkiyə Yazarlar Birliyinin sədri Musa Kazım Arıcana, Rusiya Federasiyası Yazıçılar İttifaqının sədri Nikolay İvanova, Ukrayna Respublikası Yazıçılar İttifaqının sədri Mixail Sidorjevskiyə, Belarus Respublikası Yazıçılar İttifaqının sədri Nikolay Çerniqetsə, Gürcüstan Respublikası Yazıçılar İttifaqının sədri Makvala Qonaşviliyə, Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelova, Estoniya Respublikası Yazıçılar İttifaqının sədri Tiyt Alekseyevə, Latviya Respublikası Yazıçılar İttifaqının sədri Arno Yundzeyə, Litva Respublikası Yazıçılar İttifaqının sədri Birute Yonuşkayte-Auqustinenə, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriçə, Slovakiya Yazıçılar İttifaqının sədri Miroslav Belikə, İspaniya Krallığı Yazıçılar İttifaqının sədri Manuel Rikoya, Avstriya Yazıçılar İttifaqının sədri Marianne Qruberə, Almaniya Yazıçılar İttifaqının sədri Lena Falkenxagenə, İsveçrə Konfederasiyası Yazıçılar İttifaqının Prezidenti Nikolas Couchepinə, Meksika Birləşmiş Ştatları Yazıçılar İttifaqının sədri Euxenio Agirreyə, Argentina Respublikası Yazıçılar İttifaqının sədri Alexandro Vakkaroya, Kuba Respublikası Yazıçılar İttifaqının sədri Migel Barnetə, Fransızdilli Yazıçılar Assosiasiyasının sədri Jak Şevryeyə, Suriya Yazıçılar Birliyinin sədri Malik Sakura, İordaniya Yazıçılar və Ədiblər Birliyinin sədri Alyan Eladvana, Misir Yazıçılar Birliyinin sədri və Ərəb Yazıçılar Birliklərinin baş katibi D.Ala Abdul Hadiyə, Birləşmiş Ərəb Əmirliklərinin Yazıçılar və Ədiblər Birliyinin sədri Alhanof Muhammedə, Fələstin Yazıçılar Birliyinin sədri Murad Əlsudaniyə, Birləşmiş Krallıq Yazıçılar Assosiasiyasının prezidenti Sandi Toksvik Obeyə, Macarıstan Yazıçılar Birliyinin sədri Sentmartoni Yanoşa göndərilib.
Əziz həmkarlarım!
Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün 30 ildən çox müddət ərzində işğal altında olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə – torpaq və ərazi iddiasıyla on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında – şəhər və kəndlərində qətlə yetirildiyi 1905–1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq, taleyin qara yazısıyla sonralar Azərbaycana – onun İrəvan xanlığının yerləşdiyi əzəli torpaqlarına (indiki Yerevana) köçürülən, sovet rejimi dövründə həmin ərazidə özünə “Sovet Ermənistanı” dövlətini yaradan bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918–1920-ci, 1948–1953-cü, 1988–1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya və soyqırımlardan biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi, qadınların, uşaqların xüsusi işgəncələrlə qətlə yetirildiyi dəhşətli Xocalı soyqırımıdır ki, həmin hadisənin davamı bu gün bütün dünyanın gözü qarşısında uzaqmənzilli raket atəşi zərbələriylə Azərbaycanın böyük şəhərlərində, kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali, körpələr, qadınlar, uşaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə atılan raketlər və ağır artilleriya zərbələri nəticəsində həyatlarını itirir. Müstəqilliyə yenicə qədəm qoyduğu mürəkkəb 90-cı illərdə ölkədə yaranmış qeyri-stabil ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək Azərbaycanın əzəli torpaqlarının bir hissəsini işğal edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasına dair 4 qətnaməsini havadarlarına arxalanaraq saya salmadan, azərbaycanlılara qarşı çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!
Xocalıda törədilən erməni vəhşiliklərini və Gəncə hadisəsini əks etdirən şəkillər Müraciətə əlavə olunur.
Afaq Məsud
Azərbaycan yazıçısı
Azərbaycanın Gəncə şəhəri erməni terrorundan sonra
Xocalı faciəsi
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...